Qərb və Rusiyanın oyunu: “Ukraynada vəziyyət olduqca ağırdır”-AÇIQLAMAbackend

Qərb və Rusiyanın oyunu: “Ukraynada vəziyyət olduqca ağırdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın NATO-ya üzvlük məsələsi konkret qlobal gündəlikdə yer alacaq məsələ deyil. Bu, sadəcə diskussiya üçün ortaya atılmış mövzudur. Hazırda NATO-ya üzv olmaq istəyən Finlandiya ilə İsveçin bir çox səbəblərdən Alyansa üzv seçilə bilmədikləri məlumdur. Burada Türkiyənin də rolu var. Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi ilə bu məsələ də öz həllini tapa bilər”.

Bunu Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Doha Forumu”nda çıxışı zamanı səsləndirdiyi “Ukrayna bunu anladı. NATO-ya üzvlük olmadı, olmayacaq da. Bir çox avropalı müttəfiqlər Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasına qarşıdır. Ukrayna bunu kifayət qədər aydın şəkildə başa düşdü” fikirlərinə münasibət bildirərkən deyib.

Politoloq Ukraynanın NATO-ya üzvlüyünü hazırda mümkünsüz hesab edir:

“Bu istiqamətdə müəyyən manipulyasiyalar da gedir. NATO-ya üzv olmaq istəyən ölkələrin gərək daxilində sabitliyi olsun, inkişafı şübhə doğurmasın. Bu kimi bir neçə tələblərin qarşılanmaması səbəbindən rəsmi Kiyev şanslı tərəf kimi görünmür. Spekulyasiya və manipuliyasiya dedikdə Qərb və Rusiyanın oyunu nəzərdə tutulur. Bu çərçivədə həmişə Qərb institutları çalışır ki, Rusiya Federasiyasını bir növ fakt qarşısında qoysunlar. İndiki zamanda Ukrayna da belə qanlı hərbi kampaniyaya qatılıb “.

Politoloqun fikrincə, rəsmi Kiyevdə vəziyyət olduqca ağırdır:

“Rusiya çox zəngin dövlətdir  və böyük ehtiyatları var. Ukrayna isə bu göstəricilərdə bir qədər yığcamdır. Digər tərəfdən Qərb müharibənin uzanmasında maraqlıdır. Rusiya prosesleri nə qədər “xüsusi əməliyyat” adlandırsa da göstəricilərinə görə bu, müharibədir. Ukrayna isə bu məsələdə nə qədər tez danışıqlar masasına əyləşsə, o qədər yaxşıdır. Çünki günü-gündən ölkə infrastrukturuna, mülki əhaliyə böyük ziyan dəyir “.

//Safura Bənnayeva, Editor.az