Qonşusu tərəfindən 5 bıçaq zərbəsi vurulan gənc xəstəxanada öldübackend

Qonşusu tərəfindən 5 bıçaq zərbəsi vurulan gənc xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda bir neçə bıçaq xəsarəti yetirilən şəxs ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb. H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan Rayon Xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, Hilal Hüseynov yerləşdirildiyi xəstəxanasında keçinib.

Faktın təfərrüatları Salyan Rayon Prokurorluğunda araşdırılır.