Rusiya ABŞ-la bu şərtlərlə danışıqlara getməyə hazırdırbackend

Rusiya ABŞ-la bu şərtlərlə danışıqlara getməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ABŞ-la strateji sabitlik, paritet əsasda və yalnız Rusiyanın maraqlarını 100% nəzərə alaraq dialoqa getməyə hazırdır.

Editor.az bildirir ki, b barədə aprelin 25-də “Rossiya 1” telekanalında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, “Amerika tərəfinin danışıqlara həvəsi yoxdur, strateji sabitlik, regional məsələlər üzrə dialoqu bərpa etmək istəyi yoxdur”.

Diplomat əlavə edib ki, Vaşinqton nə zaman “kamilləşərsə”, Moskva vəziyyətə Rusiyanın o zamankı maraqları ilə baxacaq. Ryabkov xatırladıb ki, Rusiya bu müqavilədə iştirakını dayandıranda ABŞ START məsələsini “xatırladıb”. Lakin bu barədə “əvvəlcədən düşünmək lazım olduğunu” vurğulayıb: “Biz qoşula bilərik, lakin ciddi şəkildə paritet əsasda, ciddi şəkildə 100% zəmanətli uçot və maraqlarımızın təşviqi nəzərə alınarsa. Başqa cür mümkün deyil”, – deyə nazir müavini yekunlaşdırıb.

  //Samir Qurbanov,Editor.az