Rusiya BMT TŞ-nın qətnaməsinə veto qoydubackend

Rusiya BMT TŞ-nın qətnaməsinə veto qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynanın işğal olunmuş ərazilərinin ilhaq cəhdini pisləyən qətnaməsinə veto qoyub. Editor.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti yazıb.

Məlumatda bildirilir ki, qətnamə ABŞ və Albaniyanın təşəbbüsü olub və Təhlükəsizlik Şurasının 10 üzvü buna səs verib. Dörd ölkə – Çin, Hindistan, Braziliya və Qabon səsvermədə bitərəf qalıb. Sənəd Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumları” pisləyir, həmçinin Rusiyadan öz qoşunlarını Ukrayna ərazilərindən çıxarmağı tələb edir. “Bir gün ona təslim olmaq üçün iki əl lazım olacaq. Bu gün bir “tənha əl” BMT Təhlükəsizlik Şurasını rüsvay etdi. Lazımi müalicənin olmaması Rusiyanı Təhlükəsizlik Şurasının orqanizmində bir xərçəng şişinə çevirib. Bütün BMT-yə yayılmamış, bu şişi kəsib götürmək lazımdır”, – Ukrayna nümayəndəsi Sergey Kislitsa BMT-dəki vəziyyəti şərh edərkən belə deyib.

  //Samir,Editor.az