Rusiya Finlandiya və İsveçə hücum edərsə, bu ölkələr onlara kömək edəcəkbackend

Rusiya Finlandiya və İsveçə hücum edərsə, bu ölkələr onlara kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç, Danimarka və İslandiya Finlandiya və İsveçə hərbi hücum halında yardım etməyə hazırdırlar.

Editor.az xəbər verir ki, bu barədə Danimarka baş nazirinin ofisinin saytında dərc edilmiş üç ölkənin birgə bəyanatında deyilir. “Finlandiya və İsveçin təhlükəsizliyi hamımızı narahat edir. Əgər Finlandiya və ya İsveç NATO-ya üzv olmamışdan əvvəl öz ərazilərində təcavüzün qurbanı olarsa, biz onlara bütün lazımi yardımı göstərəcəyik”, – bəyanatda deyilir. “Biz Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək qərarını alqışlayırıq”, – deyə məlumatda bildirilir. “Biz öz şimal müdafiə əməkdaşlığımızı inkişaf etdirəcəyik. Silahlı qüvvələrimiz birlikdə yaxşı işləyir və uzun illər birgə təlim keçirlər. Biz Finlandiya və İsveçin NATO tərəfdaşları kimi artıq verdiyi mühüm töhfələri yüksək qiymətləndiririk”, – deyə Norveçin baş naziri Jonas Gahr Ştore bildirib.

Qeyd edək ki, mayın 15-də İsveç və Finlandiya NATO-ya üzvlük qərarını təsdiqləyib və alyansa daxil olmaq üçün ərizələrin hazırlanması prosesinin başlandığını elan ediblər. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Finlandiya və İsveçlə münasibətlərində problem olmadığına görə, bu ölkələrin NATO-ya daxil olması Rusiya üçün təhlükə yaratmır. Bununla belə, onun fikrincə, alyansın genişləndirilməsi faktı Rusiya Federasiyasının “reaksiyasına” səbəb olacaq.

  Editor.az