Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub: Ölənlər və yaralılar var – FOTObackend

Rusiya ordusu insanların sıx olduğu mərkəzi bazarı vurub: Ölənlər və yaralılar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsini raket atəşinə məruz qoyub.

Donetsk vilayətinin rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Rusiya ordusu qəsəbənin mərkəzində olan və həmin an insanların sıx olduğu mərkəzi bazarı vurub:

“Hücum nəticəsində azı yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb. Bu cür atəşlərin heç bir hərbi məntiqi yoxdur – yalnız mümkün qədər çox insanımızı öldürmək və başqalarını qorxutmaq məqsədi güdülür”.

Pavel Kirilenko sakinlərə müraciət edərək onları təhlükəsiz yerə təxliyə olunmağa çağırıb.