Rusiya ordusu taktikanı dəyişir: general Donetsklə bağlı planları AÇIQLADIbackend

Rusiya ordusu taktikanı dəyişir: general Donetsklə bağlı planları AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Federasiyası Luqansk vilayətini ələ keçirmək planlarını Donetsk vilayəti üzərində də tətbiq etmək niyyətindədir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko bildirib.

General deyib ki, taktika dəyişir, strategiya yox.

“Onlar Donetsk vilayətini az qala Luqansk vilayətini tutduqları kimi tutmağı, yəni Vladimir Putinin doqquz may paradında formalaşdırdığı tapşırıqları yerinə yetirməyi planlaşdırırlar”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Lisiçanska hücum zamanı Rusiya ordusu Severodonetskə hücumdan fərqli taktikalardan istifadə edib.

“Onlar şəhərə birbaşa daxil olmayıb, onu şimal-şərqdən və cənub-qərbdən dolanmağa cəhd ediblər. Mühasirəyə düşməmək üçün bizim silahlı qüvvələrimiz Lisiçanskı tərk etməyə məcbur oldular”, – deyə general əlavə edib.

Oxu.az