Rusiya-Ukrayna müharibəsi: “qüdrətli ayı”, yoxsa “bağça ilbizi”backend

Rusiya-Ukrayna müharibəsi: “qüdrətli ayı”, yoxsa “bağça ilbizi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Brüsseldə keçirilən nazirlər görüşündə NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynadakı “irəliləmənin” tempini lağa qoyub və Avropanın müdafiə siyasətindəki dəyişiklikləri qiymətləndirib.

O, son illərdə Avropanın müdafiə xərclərinin kifayət qədər olmamasına görə tənqid olunduğunu, lakin Haaqada keçirilən sammitdən sonra vəziyyətin dəyişdiyini qeyd edib. “Biz baxışların və birliyin aydın şəkildə yaxınlaşdığını hiss etdik. Avropa həqiqətən güclənir və NATO daxilində liderlik üçün daha böyük məsuliyyəti öz üzərinə götürür”, – Rutte qeyd edib.
Ukraynadakı müharibəni şərh edən Baş katib Rusiyanın “şokedici itkilərini” qeyd edib və istehza ilə əlavə edib: “Rusiya istəyir ki, biz onu qüdrətli bir “ayı” kimi qəbul edək.

Amma deyə bilərsiniz ki, o, Ukraynada bağ ilbizi sürəti ilə irəliləyir. Ona görə də gəlin Rusiya təbliğatına uymayaq.” Rutte vurğulayıb ki, müttəfiqlərin hazırkı birliyi Avropanın öz müdafiəsi və NATO daxilində liderliyi üçün daha fəal şəkildə məsuliyyət daşımağa hazır olduğunu nümayiş etdirir.

//Samir Qurbanov, Editor.az