Erməni milyarderdən FİASKObackend

Erməni milyarderdən FİASKO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda seçkilər öncəsi qarşı tərəflər areasında ritorika daha da kəskinləşir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentində “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan “Kaluqa oliqarxı” kimi tanınan Samvel Karapetyanın son açıqlamalarına sərt reaksiya verib.

Koncoryan bildirib ki, Karapetyan “Sünikin itirilməsi” və “türkləşmə təhlükəsi” kimi iddialarla çıxış edərək illərdir səsləndirilən eyni “tezisləri” təkrarlayır. Onun sözlərinə görə, bu ritorika daha əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan və daşnak siyasi qüvvələri tərəfindən səsləndirilib. Fraksiya rəhbəri qeyd edib ki, Karapetyan hazırda Koçaryandan daha radikal mövqe tutmağa çalışır və “siyasi isteriyanın sönməkdə olan məşəlini onun əlindən almağa cəhd edir”.
Koncoryan həmçinin iş adamını “ideoloji baxımdan iflas etmiş milyarder” adlandırıb və bu cür bəyanatların siyasi məqsədlərə xidmət etdiyini vurğulayıb. O, çıxışını belə yekunlaşdırıb: “Yenə dağ siçan doğdu!”

Musavat.com