Donald Tramp Almaniya kansleri Frid Merzə əsəbiləşdi: O, nədən danışdığını bilmirbackend

Donald Tramp Almaniya kansleri Frid Merzə əsəbiləşdi: O, nədən danışdığını bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Frid Merzin İranın nüvə silahına sahib ola bilməsi ilə bağlı iddiasına reaksiya verib.

Tramp sosial media hesabı olan “TruthSocial”da bu cür fikirləri zərərli və əsassız adlandırıb. “Almaniya kansleri Fridrix Merz inanır ki, İran nüvə silahına sahib ola bilər.

O, nədən danışdığını bilmir! Əgər İran nüvə silahına sahib olsaydı, bütün dünya girov götürülərdi”, – deyə Tramp yazıb. Tramp Almaniyanın iqtisadi vəziyyətindən bəhs edərkən deyib ki, “ölkə həm iqtisadi, həm də başqa aspektlərdən çox pis vəziyyətdədir”.

//Samir Qurbanov, Editor.az