Rusiyalı terrorçu Ukrayna ordusunun uğurlarına sərt reaksiya veribbackend

Rusiyalı terrorçu Ukrayna ordusunun uğurlarına sərt reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı terrorçu İqor Strelkov (Qirkin) Ukrayna Silahlı Qüvvələrinin Xerson və regionda düşmənin bir sıra mövqelərinə endirdiyi uğurlu zərbələrə reaksiya verib.

Editor.az xəbər verir ki, o bu barədə Telegram-da yazıb. Qirkinin fikrincə, Ukrayna silahlı Qüvvələrin uğurunun sirri, HIMARS raket artilleriyasının istifadəsindədir. “Xerson cəbhəsində düşmən gecə saatlarında Novokaxoskaya SES-in bəndini və Xersondakı digər obyektləri yenidən “Himers”lə atəşə tutub. Bu raketlərlə bölmələrimizin ön xəttinin dəfələrlə atəşə tutulması faktı qeyd edilib” –deyə terrorçu şikayət edib.

Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənubunda bir sıra ərazilərdə hücum hərəkətlərinə başladığı məlum olub. Onlardan birində işğalçılar döyüş meydanından qaçmağa məcbur oldular. Döyüşlərin intensivləşməsi ilə bağlı məlumatı “Pivden OK” da təsdiqləyib. Bir gün əvvəl Strelkov Ukrayna Silahlı Qüvvələrinin uğurlarına görə Rusiya hərbi rəhbərliyini fəal şəkildə tənqid edib və Rusiya hakimiyyətinin bölgələrdən “könüllü batalyonlar” formalaşdırmaq və cəbhəyə göndərmək qərarından narazılığını bildirib.

  //Samir,Editor.az