Rusiyanı mitinqlər dalğası bürüyübbackend

Rusiyanı mitinqlər dalğası bürüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin Ukraynadakı müharibə ilə əlaqədar qismən səfərbərlik elan etməsindən sonra Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları başlayıb.

Editor.az bu barədə Rusiyanın “Meduza” nəşrinə istinadən xəbər verir. Barnaul, Ulan-Ude, Yakutsk, İrkutsk, Krasnoyarsk diyarı, Tomsk, Novosibirsk, Yekaterinburq, Ufa, həmçinin Moskvada keçirilən mitinqlər haqqında xəbərlər daxil olub. Bəzi şəhərlərdə isə artıq həbslər başlayıb. Lakin sosial şəbəkələrdə yayılan foto və videolardan görünür ki, əsasən gənclərin iştirak etdiyi belə mitinqlər azsaylıdır. Etirazlar ərəfəsində Moskva prokurorluğu vətəndaşlara cinayət məsuliyyəti barədə xəbərdarlıq edib.

  //Samir,Editor.az