Ruslar Baxmuta gedən yolun üzərindəki körpünü partlatdılar: vəziyyət ağırdırbackend

Ruslar Baxmuta gedən yolun üzərindəki körpünü partlatdılar: vəziyyət ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Martın 2-dən 3-nə keçən gecə rus qoşunları Baxmut yaxınlığında mühüm nəqliyyat infrastrukturunu partladıblar.

Editor.az CNN-ə istinadən xəbər verir ki, işğalçılar Baxmutu Xromovo kəndi ilə birləşdirən körpünü dağıdıblar. Mənbə bu barədə məlumatı Donetsk vilayətinin polisindən öyrənib. Hüquq-mühafizə orqanları mülki əhalinin təxliyyəsi və sursat kimi ləvazimatların daşınması üçün həyati vacib arteriya olduğundan körpünü yaxın günlərdə təmir etməyə çalışacaqlarını bildiriblər.

Eyni zamanda polis bildirib ki, Baxmuta hələ də torpaq yollar və cığırlar vasitəsilə çatmaq mümkündür. Qeyd edək ki, hazırda Baxmutdan Ukraynanın nəzarətində olan ərazilərdəki iki yol qonşu Xromovo və İvanovskoye qəsəbələrindən keçir. Onların hələ də Ukrayna qoşunlarının nəzarətində olmasına baxmayaraq, davamlı olaraq rus işğalçıları tərəfindən atəşə tutulur.

//Samir Qurbanov,Editor.az