Ruslar “Leoparda-2” tankını vurdular və… gülüş hədəfinə çevrildilərbackend

Ruslar “Leoparda-2” tankını vurdular və… gülüş hədəfinə çevrildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus təbliğatçıları ilk Alman “Leopard 2” tankının məhv edildiyini iddia ediblər.

Onlar buna sübut olaraq işğalçıların tank əleyhinə raket kompleksindən hansısa hərəkət edən hədəfi vurduqlatı video yayımlayıblar. İddia olunur ki, bu hədəf artıq Ukrayna Silahlı Qüvvələrində xidmətə çıxan “Leopard 2”dir.

Editor.az bildirir ki, raşist “hərbi komandir” Aleksandr Kots hətta öz Teleqramında vurğulayıb ki, bu, alman tanklarının ruslar tərəfindən məhvinin ilk təsdiqidir. Ancaq mesaj tezliklə yoxa çıxıb. Öz növbəsində, Twitter-də OSINT icması sübut edib ki, kadrlarda tank deyil, kənd təsərrüfatı texnikası görünür və o, “Leopard” adını daşıyır. “Avadanlıq nəinki tanklara bənzəyir, əslində bu, “günahsız” kənd təsərrüfatı texnikası – çiləyici və kombayndır”, – OSINT icmasının bəyanatında deyilir.

//Samir Qurbanov,Editor.az