Rus işğalçıları fevralın 23-24-də Ukraynaya yeni kütləvi raket hücumu hazırlayırlar.
Editor.az bildirir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “United News” telemarafonunun efirində deyib. Danilovun sözlərinə görə, “Onlar (ruslar – red.) fevralın 24-də, 23-də növbəti dəfə kütləvi hücuma cəhd etməyə hazırlaşır və çalışacaqlar. Biz bunu sakit qəbul etməliyik, üstəlik, həm də buna hazırıq”.
Onun sözlərinə görə, 115-dən 120-dək raketin Ukraynaya uçduğu zaman belə hücumların nə olduğunu Ukraynada artıq bilirlər. “Biz bu günün də öhdəsindən gələcəyik”, – MTMŞ katibi əmindir.
//Samir Qurbanov, Editor.az