Şəmkirdə avtomobil aşıb: Rusiya vətəndaşı xəsarət alıbbackend

Şəmkirdə avtomobil aşıb: Rusiya vətəndaşı xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiya vətəndaşı 2005-ci il təvəllüdlü Ayxan Nəbiyev və Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü Qəzənfər Aslanov xəsarət alıblar.

Onlardan birinin vəziyyəti orta-ağır, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.