Somalidə aclıq böhranı dərinləşir: Yarım milyondan çox insan didərgin düşübbackend

Somalidə aclıq böhranı dərinləşir: Yarım milyondan çox insan didərgin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə davam edən quraqlıq səbəbindən 500 mindən çox insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. Humanitar yardımların yetərsiz olması isə ölkədə aclıq təhlükəsini kritik həddə çatdırıb.

Editor.az xəbər verir ki, Somalinin müxtəlif bölgələrində quraqlıq səbəbindən evlərini tərk edən icmalar ciddi ərzaq çatışmazlığı və aclıq böhranı ilə üz-üzədir.

Bildirilir ki, son yağış mövsümünün uğursuz keçməsi nəticəsində insanların dolanışıq mənbələri məhv olub, çoxsaylı heyvan tələfatı yaşanıb və kənd təsərrüfatında daha bir il məhsul itkisi qeydə alınıb.

Rəsmi qurumların məlumatına görə, cari il ərzində 500 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb və bunun böyük hissəsi məhz quraqlıqla əlaqədardır.

// Gülnarə Abasova, Editor.az