Nəfəs və Pünhanın olduğu tədbirdə insident: “Biabırçılıqdır…” – VİDEObackend

Nəfəs və Pünhanın olduğu tədbirdə insident: “Biabırçılıqdır…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Nəfəs və Pünhan Piriyev Sumqayıtda ticarət mərkəzinin açılışında iştirak ediblər. Tədbir zamanı tamaşaçılardan biri qadın müğənnini ehtiyatsızlıqdan yıxıb. Buna qəzəblənən Pünhan Piriyev mahnını yarımçıq dayandırıb və ardınca foto çəkdirmək istəyən tamaşaçılar səhnədən qovulub. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Belə açılış mərasimlərində kütləvi tədbirlərin keçirilməsi qadağan olunmalıdırmı?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, belə bir hadisəyə görə “kütləvi tədbirlər qadağan olunsun” kimi yanaşma yanlışdır:

“Ölkədə tez-tez kütləvi tədbirlər keçirilir və əksəriyyəti tam normal, təhlükəsiz şəraitdə baş tutur. Bir-iki istisna halı ümumiləşdirib bütün sahəni məhdudlaşdırmaq qəbuledilməzdir. Bir hadisəyə görə bütün kütləvi tədbirləri sual altına almaq cəmiyyətə də yanlış mesaj verir. Doğru yanaşma səbəbləri araşdırmaq və eyni halların təkrarlanmasının qarşısını almaqdır, hər hadisədən sonra qadağa tələb etmək yox. Müğənni yıxılıb, dünya dağılmayıb ki!”

Sosioloq Mail Yaqub bildirib ki, bu bütün dünyada müşahidə olunan haldır:

“İnsanlar şou əhlinə maraq göstərirlər. Nəticədə məntiqdən uzaq, emosional və yüngül davranışlara meyil edirlər. Cəmiyyətdə insanların çox az hissəsi qərarlarını məntiq, dərrakə və müdriklik əsasında verir. Təəssüf ki, bəzən ən səthi şou fiqurları belə elm adamlarından daha çox diqqət görür. Bu, həm Azərbaycanda, həm də bütün dünyada müşahidə olunur”.

Sosioloq baş verənləri adi hal kimi qiymətləndirdiyini qeyd edib və hansısa qadağanın tərəfdarı olmadığını bildirib:

“Baxmayaraq ki, xoşagəlməz və biabırçı vəziyyətdir. İnsanların tanınmış müğənnilər, blogerlər və ya müxtəlif şou fiqurları ilə şəkil çəkdirmək üçün bu qədər can atması mənfi tendensiyadır. 100 nəfər əxlaq və maarifçilik haqqında danışsa belə, şou mühiti o qədər güclüdür ki, bu təsiri üstələyir. Ona görə də yalnız təəssüf etmək və maarifləndirmə aparmaq qalır”.