Üç gün ərzində İrandakı neft boru kəmərləri partlaya bilər – ABŞ Prezidenti Donald Trampbackend

Üç gün ərzində İrandakı neft boru kəmərləri partlaya bilər – ABŞ Prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandakı neft boru kəmərləri üç gün ərzində Amerika ordusunun tətbiq etdiyi dəniz blokadası fonunda partlaya bilər

ABŞ Prezidenti Donald Tramp bu fikri “Fox News”a verdiyi müsahibədə bildirib. O, İranın neft boru kəmərlərindən böyük həcmdə neftin axdığını, lakin onu boşaltmaq üçün heç bir imkanın olmadığını izah edib. “Əgər hər hansı bir səbəbdən həmin xətt bağlanarsa, çünki onlar onu anbarlara və ya gəmilərə boşalda bilmirlər, yəni blokada səbəbindən gəmiləri həmin xətt özünü içəridən partladacaq.” – Donald Tramp deyib.

Amerika liderinin sözlərinə görə, Tehranın “bunun baş verməsi üçün təxminən üç günü var”. Əgər bu baş verərsə, İslam Respublikası neft hasilatı gücünün 50%-ni itirə bilər.

//Samir Qurbanov, Editor.az