Tbilisidə iğtişaşlar: Saxlanılanlar var – YENİLƏNİB + FOTO/VİDEObackend

Tbilisidə iğtişaşlar: Saxlanılanlar var – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna etiraz edənlərlə polis arasında toqquşmalar başlayıb.

Məlumata görə, etirazçılardan bəziləri saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadzenin yerli mətbuata verdiyi məlumata görə, dörd nəfər saxlanılıb. O, aksiya iştirakçılarının hansı maddə ilə saxlandığını dəqiqləşdirməyib.

Mənbə: TASS

22:16

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyası keçirilir.

Etirazçıların istəklərinə baxmayaraq, parlamentin yaxınlığında səfərbər olan polis əməkdaşları onları əraziyə buraxmırlar. Cavab olaraq nümayişçilər polisi fitə basırlar.

Hələlik polislə toqquşma qeydə alınmayıb.