“Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planların fərqinə vardığını əsaslı surətdə sübut etmiş oldu”- ŞƏRHbackend

“Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planların fərqinə vardığını əsaslı surətdə sübut etmiş oldu”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütövlükdə seçki nəticələrinin monitorinqinə baxanda görünür ki, Türkiyə əhalisinin 65 faizi sağ mərkəzçiliyə səs verib və Türkiyədə solçuluq meyarları ciddi şəkildə öz tərəfdarlarını itirəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov Türkiyədə keçirilən seçkilərin nəticələrini şərh edərkən qeyd edib.

Politoloq Türkiyə seçkilərində gözlənilənlərin baş verdiyini deyib:

“Böyük ehtimalla Cümhur İttifaqının Türkiyədə parlamentdə, prezident seçkilərində də çoxluq qazanacağı proqnozlaşdırılırdı. Əslində, Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planların fərqinə vardığını əsaslı surətdə sübut etmiş oldu. Cənab Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə Kamal Kılıçdaroğlunu üstələməsi bu deyilənlərin göstəricisidir. Həmçinin nəzərə almaq lazımdır ki, Türkiyə Böyük Millət Məclisində də AKP, MHP və yenidən Rifah Partiyasından ibarət olar “Cümhur İttifaqı” səslərin böyük qismini əldə edib. Parlamentdə çoxluq da hazırkı iqtidar komandasına aiddir”.

T. İsmayılov seçkilərdən sonra sağ mərkəzçiliyin vahid komanda şəklində daha da gücləndiyi qənaətindədir:

“Türkiyənin yaxın gələcəyinin sağçı düşüncələr üzərində qurulduğunu da indiki seçkilər bir daha sübut etmiş olur. Hesab edirəm ki, bundan sonra artıq “Altılıq İttifaqda” olan müxalifət daxilində çox ciddi çəkişmələr olacaq. Əvvəlcə Meraş Akşener Millət İttifaqını tərk edəcək. Ardınca isə HDP və Əli Babacanla, Əhməd Davudoğlunun rəhbərlik etdiyi qurumların da oranı tərk edəcəyini düşünürəm. Təbii ki, son olaraq ola bilsin ki, Millət İttifaqında CHP və Demokat Partiyası qalsın. Hətta, daha çox mühafizəkərların təmsil olunduğu Təməl Karamanoğlunun rəhbərlik etdiyi Saədət Partiyasının da “Millət İttifaqı”ndan ayrılacağını düşünürəm”.

//Gülnarə Abasova, Editor.az