Türkiyədə yeni zəlzələ: Bu dəfə Osmaniyə titrədibackend

Türkiyədə yeni zəlzələ: Bu dəfə Osmaniyə titrədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Türkiyədə yeni zəlzələ qeydə alınıb. Hadisə ölkənin cənub-şərqində, Osmaniye bölgəsində baş verib. Zəlzələnin episentri 200 min nəfər əhalisi olan eyniadlı şəhərdən 9 km aralıda yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, maqnituda 4,1 bal olub və yeraltı təkanların mənbə yerin 5 km dərinliyində yerləşib. Təbii hadisə nəticəsində tələfat, ölüm və dağıntılar barədə hələlik məlumat yoxdur. Xatırladaq ki, hazırda Türkiyədə ardıcıl baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 48,5 min nəfəri ötüb.
  //Samir Qurbanov, Editor.az