Ukrayna ordusundan şok həmlə – Ruslar kritik bölgədən çəkilməyə başladıbackend

Ukrayna ordusundan şok həmlə – Ruslar kritik bölgədən çəkilməyə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri ikinci həftədir müvəqqəti olaraq rusların işğalı altında olan Xersona doğru uğurla irəliləyir. Taktiki uğurları sayəsində qüvvələrimiz Tomina Balkaya döyüşlərlə yaxınlaşırlar.

Bu barədə Xerson regional administrasiyası rəhbərinin müşaviri Sergey Xlan məlumat verib.

“Ukraynanın Silahlı Qüvvələri Tavriyadan daha 5 kilometr irəliləyib. Xersondan 20 kilometr aralıda olan Tomina Balkaya yaxınlaşırıq. Hazırda Tavriya ilə Tomina Balka arasında döyüşlər gedir”, – Xlan bildirib.

Onun sözlərinə gərə, Rusiya qüvvələri nə qədər itirilmiş mövqeləri ələ keçirməyə çalışsalar da, buna nail olmurlar və daha da geri çəkilməli olurlar: “Tədricən üstünlüyə ələ alırıq”.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Xerson vilayətində üç istiqamətdə hücuma keçib. Əks-hücum nəticəsində Tavriya işğaldan azad edilib.

Bu gün Xersondan 10 km aralıda Ukrayna hərbçilərinin lentə aldığı video yayılıb.

Teleqraf.com