Ukrayna “Patriot” istəyirbackend

Ukrayna “Patriot” istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı raket zərbələrinin intensivliyini artırması Ukraynanın hava hücumundan müdafiə imkanlarını tükətmək məqsədi daşıyır. Moskva ümid edir ki, bu, onun ordusuna səmada üstünlük əldə etməyə imkan verəcək.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazıb. Belə ki, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bildirib ki, onlar Ukraynanın hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləməyə və tükətməyə çalışırlar.

“Rusiyanın qələbə nəzəriyyəsinin nə olduğunu bilirik və onun qeyri-işlək vəziyyətə gətirilməsi ilə yanaşı, ukraynalıların hava hücumundan müdafiə sistemlərini işlək saxlamaq öhdəliyimiz də var”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, cümə axşamı raket hücumu zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı, verilən hava hücumundan müdafiə sistemlərinə görə təşəkkür etməklə yanaşı, əlavə yardım da istəyib: “Mən əminəm ki, Patriotun vaxtı çatıb”, – Kuleba bildirib.

//Samir Qurbanov,Editor.az