Ukrayna Prezident Ofisi rəhbəri Çernobıldakı durumdan danışıbbackend

Ukrayna Prezident Ofisi rəhbəri Çernobıldakı durumdan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Çernobıldakı vəziyyət barədə danışıb.

Editor.az UNIAN-a istinadən xəbər verir ki, orada vəziyyət təhlükəlidir. “Stansiya enerjisiz qalıb. İndi orada nə baş verdiyini kimsə bilmir. Bu, bütün Avropa üçün təhlükədir. Həmçinin Rusiyanın özünə də təhdid yaradır. Beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqləri artırmalıdır”- o, bildirib.

Podolyak qeyd edib ki, rusların enerji bloklarını hədəf almaları təsadüfi deyil: “Çünki onlar orta əsrlərin döyüşlərini aparırlar”.

//Editor.az