Ukraynada nə qədər dinc sakin həlak olub? BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yeni rəqəmlər açıqladıbackend

Ukraynada nə qədər dinc sakin həlak olub? BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yeni rəqəmlər açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il fevralın 24-dən 2023-cü il martın 12-dək Ukraynada 8231 nəfər dinc sakin ölüb, 12734 nəfər yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yenilənmiş məlumatında deyilir. Həmin məlumata görə, Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra həlak olanlar arasında 3664 kişi, 2173 qadın, 260 yeniyetmə oğlan və 203 yeniyetmə qız, o cümlədən cinsi hələ müəyyən edilməyən 31 uşaq və 1900 böyük həlak olub.

Xəsarət alanların isə 3638-ı kişi, 2471-i qadın, 413-ü oğlan və 295-i qızdır. 271 uşaq və 6646 böyüyüyn cinsiyyəti hələlik aydınlaşdırılmayıb. BMT-nin məlumatına görə, mülki əhalinin əksəriyyəti əhatə dairəsi geniş olan partlayıcı silahlardan zərər çəkib. BMT eyni zamanda qurbanların faktiki sayının daha çox ola biləcəyini vurğulayıb. Çünki intensiv döyüşlərin getdiyi bir neçə rayondan ölən və yaralananlar barədə məlumatlar gecikir. Belə rayonlara Mariupol, Lisiçansk, Popasna və Severodonetsk daxildir.

  //Samir Qurbanov,Editor.az