Ukraynanı da İsrail qədər müdafiə etmək lazımdırbackend

Ukraynanı da İsrail qədər müdafiə etmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna bazar günü gecə İranın hücumu zamanı İsrailin aldığı təsirli Qərb dəstəyini almalıdır.

Editor.az xəbər verir ki, bu barədə Çexiyada hakim hökumət koalisiyasının nümayəndələri bildiriblər. Çexiyanın Avropa İttifaqı işləri üzrə naziri Martin Dvoryak yazıb: “Ayətullahların İsrailə gecə hücumu beynəlxalq reaksiya və hava məkanını müdafiə etmək istəyi sayəsində dəf edildi”.

Eyni fikri digər çex siyasətçiləri də bölüşürlər. Belə ki, Avropa Parlamentinə seçkilərdə namizəd və Dvorakın partiyasından olan Danuşe Nerudova X-də yazıb ki, “Ukrayna İranın hücumu zamanı İsrailin müttəfiqlərindən aldığı güclü müdafiəyə layiqdir”.

//Samir Qurbanov, Editor.az