Daşkənddə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi ilə Özbəkistandan xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Saidov arasında görüş keçirilib.
Editor.az xəbər verir ki, görüş öncədən planlaşdırılmayıb və Vanq Yinin Avropaya uçduğu təyyarə texniki səbəblərdən Özbəkistan paytaxtına enib. Diplomatların görüşü də elə hava limanında baş tutub.
Vanq Yi və Bəxtiyor Saidov iki ölkə arasında yüksək səviyyəli təmasların gələcək planını müzakirə ediblər. “Xinhua” xəbər verir ki, tərəflər Çin və Özbəkistan liderlərinin əvvəllər əldə etdiyi razılaşmaları birgə həyata keçirmək niyyətlərini təsdiqləyiblər. Bundan əlavə, görüşdə Çin-Özbəkistan əməkdaşlığının, Çin və bütövlükdə Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı əsas prioritetləri müəyyən ediblər.
//Samir Qurbanov,Editor.az