Viktor Orban Ukraynaya səsləndi: hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verirbackend

Viktor Orban Ukraynaya səsləndi: hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın əks-hücumuna başlanmasına qədər iki ölkə arasında atəşkəs və sülh danışıqlarının aparılmasını müdafiə edib.

Editor.az “Telex”ə istinadən xəbər verir ki, bu barədə o, cümə günü dövlət radiosuna müsahibəsində bildirib. Orban bildirib ki, ukraynalılar əks-hücum hazırlayır, bu, “ukraynalıların işidir”. Amma “il yarım hərbi təcrübəsi olan adam” kimi “çox yaxşı bilirəm” ki, hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verir.

“Əhalisi qarşı tərəfin əhalisinin kiçik bir hissəsini təşkil edən bir ölkədə belə şəraitdə böyük hərbi hücuma başlamaq qanlı qırğın təşkil etməkdir. Biz mümkün olan hər şeyi etməliyik, hətta əks-hücuma başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmağa çalışmalıyıq”, – Macarıstan hökumətinin başçısı bildirib.

Bundan əlavə, Orban ənənəvi olaraq AB-də sülh tərəfdarı olan yeganə baş nazir olmağın onun üçün çətin olduğundan da şikayətlənib. Lakin o, “əgər sən macarsınızsa, doğru olanı müdafiə etməlisən”, – deyib. Orban onu da bildirib ki, hakimiyyətdə olduğu müddətdə Macarıstan Rusiya ilə müharibəyə getməyəcək.

  //Samir Qurbanov,Editor.az