Vladimir Putin hansı xəstəlikdən əziyyət çəkir? Britaniya nəşri açıqladıbackend

Vladimir Putin hansı xəstəlikdən əziyyət çəkir? Britaniya nəşri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya nəşri açıqladı Rusiya prezidenti Vladimir Putin mədəaltı vəzi xərçəngi və parkinson xəstəliyindən əziyyət çəkir.

Editor.az bildirir ki, bu barədə Britaniyanın “The Sun” tabloid qəzeti Kremlə yaxın mənbəyə istinadən yazıb. Nəşr müəyyən edib ki, Rusiya lideri “bu yaxınlarda ona diaqnoz qoyulmuş mədəaltı vəzi xərçənginin yayılmasının qarşısını almaq üçün müntəzəm olaraq hər cür steroidlər və innovativ ağrı iynələri qəbul edir.

Rusiya prezidentinə erkən mərhələdə Parkinson xəstəliyi diaqnozu qoyulub və bu xəstəlik artıq irəliləyir. Baxmayaraq ki, sözügedən fakt hər cür inkar ediləcək və gizlədiləcək”, – mənbə paylaşıb. Qeyd edək ki, Putinin əlinin arxasında iynə izlərinin görünməsindən sonra məsələ yenidən diqqət mərkəzinə düşüb.

  //Samir Qurbanov,Editor.az