Vladimir Putin: Rusiya Krımı və Sevastopolu qorumaq üçün lazım olan hər şeyi edəcəkbackend

Vladimir Putin: Rusiya Krımı və Sevastopolu qorumaq üçün lazım olan hər şeyi edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü il martın 17-də Krımın və Sevastopolun sosial-iqtisadi inkişafına dair videokonfrans keçirilib. Konfransda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkə heç kimim bu bölgələri təhdid etməsinə imkan verməyəcək və istənilən təxribatı dayandıracaq.

Editor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısının sözlərinə görə, hazırda Krım yarımadası üçün təhlükəsizlik məsələlərinin prioritet olmasına şübhə etmək axmaqlıqdır. Rusiya Krımı və Sevastopolu təhdid edilməməsi üçün lazım olan hər şeyi edəcək, lakin inkişafın digər sahələrini də unudulmayacaq. İndi gündəmdə regionda həyat keyfiyyətinin, ailələrin gəlirlərinin yaxşılaşdırılması, o cümlədən yarımadanın kənd təsərrüfatı, sənaye və turizm potensialına investisiyaların cəlb edilməsi məsələləri durur.

Putin həmçinin bütün krımlıları Krımın Rusiyaya birləşdirilməsinin yaxınlaşan günü münasibəti ilə təbrik edib və xatırladıb ki, 9 il əvvəl regionun sakinləri birmənalı şəkildə öz seçimlərini ediblər və nəhayət, böyük və çox böyük bir ölkənin bir hissəsinə çevriliblər.

  //Samir Qurbanov,Editor.az