Xankəndidə “razılaşma”: Arutyunyan geri çəkilirbackend

Xankəndidə “razılaşma”: Arutyunyan geri çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samvel Babayanın Xankəndidəki aktivliyi Qarabağdakı separatçı birliklər arasında gərginliyi artırıb.

Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Artıq separatçıların daxilindəki müxtəlif qruplar arasında fikir ayrılıqları müşahidə olunur. Araik Arutyunyanın Babayanla danışıqlara getməyə hazır olmasını elan etməsindən sonra ikinci Xankəndidə başlatdığı etirazları dayandırıb.

Bununla belə, qəzet müxalif cəbhənin bu danışıqlarda iştirakı planlaşdırmadığını bildirib:

“Bizə dedilər ki, “müxalifətdə” Babayan və Arutyunyanın bir yerdə işləməklərinə dair şübhələr var və buna görə də onlar bu oyuna qatılmaq istəmirlər. Üstəlik, “müxalifət”də Araik Arutyunyanın niyə eyni reaksiyanı Ruben Vardanyana göstərməməsindən narahatlıq ifadə edirlər”.

Qeyd edək ki, bundan öncə Vardanyan Qarabağda xüsusi cəbhə yaratdığını və böhrandan çıxış yolu planına sahib olduğunu açıqlamışdı.

Globalinfo.az