Xarkov raket atəşi altında: Şəhər “S-300”lə vurulurbackend

Xarkov raket atəşi altında: Şəhər “S-300”lə vurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 29-da səhər saatlarında Ruslar Xarkova kütləvi hücuma keçiblər. İşğalçılar ilkin olaraq S-300 raketləri ilə 20-dən çox zərbə endiriblər.

“Düşmən hücumunun iki dalğası nəticəsində anbar və istehsalat binalarının, nəqliyyat anbarının və müəssisənin dağıntıları qeydə alınıb. Tibb müəssisələrinin birində partlayış dalğası nəticəsində dam örtüyü və pəncərələr sıradan çıxıb.

Yaxınlıqda Rusiya raketi tapılıb”.

Editor.az bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov açıqlamasında bildirib.

Açıqlamada düşmən atəşi zamanı təcili yardım maşınının zədələndiyi qeyd edilir. Eyni zamanda, hücumlar nəticəsində bir nəfər – təxminən 35 yaşlı kişi ölüb, daha 11 nəfər yaralanıb. Həmçinin bildirilir ki, Xarkov vilayətinin 15-dən çox yaşayış məntəqəsi düşmənin artilleriya və minaatanlardan atəşə tutulması nəticəsində zərər görüb: Udi, Boqoduxovski rayonu; Volçansk, Malaya Volça, Budarki, Çuqevski rayonu; Dvuxletnya, Sinkovka, Petropavlovka, İvanovka, Berestovo, Kupyansky.

Bundan başqa, ruslar Kupyanski rayonunun Petropavlovka və Qluşkovka ərazilərinə də hava zərbələri endirib. Ukrayna Silahlı Qüvvələri 24 saat ərzində Kupyanski rayonunun Sinkovka yaxınlığında düşmənin 24 hücumunu dəf edib.

//Samir Qurbanov, Editor.az