Xüsusi nümayəndələrin NÖVBƏTİ GÖRÜŞÜ: “Yaranan əlverişli şəraitdən mümkün qədər istifadə etmək lazımdır”backend

Xüsusi nümayəndələrin NÖVBƏTİ GÖRÜŞÜ: “Yaranan əlverişli şəraitdən mümkün qədər istifadə etmək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüş tarixi məlum olub. Səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu, nümayəndələr arasında dördüncü görüş olacaq. Diplomatlar indiyədək artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada fikir mübadiləsi aparıblar.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, indiyə kimi regionda “daşların yerinə oturmasına”, o cümlədən Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına mane olmaq istəyən əsas qüvvə Rusiya idi: ” Çünki Kreml bu yolla regiondakı mövcudluğunu qorumağa çalışırdı. İndi isə Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb. Bununla əlaqədər olaraq Moskvanın Cənubu Qafqazdakı təsir gücü azalmaqdadır. Və biz bundan öz maraqlarımız naminə istifadə etməliyik. Xüsusi nümayəndələrin bu dəfəki görüşündən hansısa nəticə gözləməmək də olar. Amma istənilən halda təmasların intensivləşməsi özü özlüyündə müsbət haldır. Təbii ki, bu, Azərbaycanın da maraqlarına uyğundur. Amma yaranan əlverişli şəraitdən mümkün qədər istifadə etmək lazımdır. Elə etməliyik ki, görüş müsbət nəticə ilə yadda qalsın. Eyni zamanda, xüsusi nümayəndələr səviyyəsində keçirilən görüşlərin daha yüksək, məsələn Xarici İşlər Nazirliyi səviyyəndə təkrarlanmasına nail olmaq lazımdır”.

K. Novruzov onu da diqqətə çatdırıb ki, son günlər ermənilər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozublar: ” Bu, kifayət qədər aydın provokasiyadır. Ermənilərin davam edən təxribatları danışıqlar zamanı qabardılmalı, təzyiq aləti kimi istifadə edilməlidir. Rusiyanın başının qarışıq olmasından istifadə edilməlidir. Ən azından ona görə ki, savaşdan sonra Moskvanın İrəvana təsir imkanları daha çox olacaq. Danışıqlarda artıq konkret razılaşmalar əldə olunmalı, nəticəyönümlü işlər görülməlidir”.

//Gülnarə Abasova, Editor.az