Yevgeni Priqojin “Vaqner”çilərin Baxmutu “götürdüyünü” elan etdibackend

Yevgeni Priqojin “Vaqner”çilərin Baxmutu “götürdüyünü” elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner” PMC-nin lideri Yevgeni Priqojin iddia edir ki, Donetsk vilayətinin baxmut şəhəri tamamilə ələ keçirilib. Ukrayna tərəfi isə hələ ki, məlumatı təsdiqləməyib.

Editor.az bildirir ki, bu iddia Priqojinin mətbuat xidməti tərəfindən yayımlanan videomüraciətdə əksini tapıb. Videomüraciətdə deyilir: “20 may 2023-cü il. Bu gün saat 12-də Baxmut tamamilə “götürüldü”. Baxmut… Baxmutun “götürülməsi” əməliyyatı düz 224 gün davam etdi. “Baxmut ətçəkən maşını” 8 oktyabr 2022-ci ildə başlamışdı”.

Priqojinin sözlərinə görə, mayın 25-dən etibarən “Vaqner” PMC muzdlularını istirahət və yeni hazırlıq üçün geri çəkəcək. “Vaqner”çilərin lideri internetdəki problemlərə görə saat 18:00-dan sonra şəhərdə rus bayraqlarının qaldırılmasının tam videosunu nümayiş etdirəcəyini vəd edib. O, həmçininRusiya prezidenti Putinə və rusiyalı general Surovikinə təşəkkür edib. Lakin Şoyqu və Gerasimova bir daha tənqidlər yağdırıb.

  //Samir Qurbanov,Editor.az