Zelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi – FOTObackend

Zelenski Azərbaycan əsilli zabitə “Ukrayna Qəhrəmanı” adı verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı baş leytenanta fəxri ad verib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında paylaşım edib.

“Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyev Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib”, – deyə diplomat qeyd edib.