Zelenski: Ən şiddətli toqquşmalar bu həftə Bahmut və Soledarda baş verdibackend

Zelenski: Ən şiddətli toqquşmalar bu həftə Bahmut və Soledarda baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibədə son hadisələrlə bağlı açıqlama verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı mübarizəsinin ölkəsinin müxtəlif bölgələrində davam etdiyini qeyd edən Zelenski, xüsusilə son bir həftədə ən qızğın toqquşmaların Donetskdə yaşandığına diqqət çəkib.

“Bu həftə ərzində ən gərgin toqquşmalar Donbasdakı Bahmut və Soledarda baştutub. Biz öz mövqelərimizi saxlayırıq. Rusiya ordusu, Donetsk vilayətinin bu və digər rayonlarında daha çox insan və sursat itirib”,-deyə Zelesnki bildirib.

ABŞ-dan Ukraynaya təxminən 400 milyon dollarlıq əlavə hərbi yardım paketinin təsdiqləndiyini bildirən Zelenski, Ukrayna ordusunun irəliləməsi üçün lazım olan əsas zirehli maşınlar verildiyini qeyd edib

//Safura Bənnayeva, Editor.az