Zəngəzurda həlledici gün: Azərbaycan əsgəri dedi ki, əmr gəlsə…backend

Zəngəzurda həlledici gün: Azərbaycan əsgəri dedi ki, əmr gəlsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu ilə sərhəd rayonu olan Geqarkunik vilayətində danışıqlar heç bir aqressiya və gərginlik olmadan aparılır.

Bu sözləri erməni mediasına açıqlamasında Vardenis administrasiyasının rəhbəri Aram Melkonyan deyib.

“Mən bir neçə nöqtədəki danışıqlarda iştirak etmişəm və bu danışıqlar çox sakit gedir. Bir nöqtədəki danışıqlarda azərbaycanlı bildirdi ki, əgər əmr gəlsə ki, geri çəkilin, biz üzr istəyib, geri çəkiləcəyik”, – deyə o bildirib.

Melkonyan bildirib ki, 13 maydan bəri mövqelərdə heç bir dəqişiklik olmayıb. Onun sözlərinə görə, danışıqlar bu gün saat 15:00-da başlayıb.

Melkonyan bildirib ki, azərbaycanlıların əsaslandığı xəritəni görüb. O iddia edib ki, ermənilərin əlində olan xəritə “dəqiqdir”.

Qeyd edək ki, Qaragöl ərazisinin “mübahisəli yer” statusu alması 1980-ci illərin ikinci yarısına aiddir. Həmin vaxt ermənilər Qaragölün suyundan istifadə etmək üçün SSRİ rəhbərliyinə müraciət ediblər və buna razılıq alıblar. Bununla da Qaragölün yarısına iddiaları başlayıb.

Azərbaycan isə 1974-cü ildə çəkilən dəqiq xəritələrlə hərəkət etdiyini ilk başda elan edib və bunu qarşı tərəfə da bildirib. Səbəb isə odur ki, 1985-ci il “aşkarlığından” sonra ermənipərəst Qorbaçov və onun komandası sərhədlərdə Ermənistana birtərəfli qaydada güzəştlər edib. Bu tarix həmçinin azərbaycanlıların Ermənistandan qovulması və ermənilərin ərazi zəbt etməyə başladığı tarix olduğu üçün həmin ərəfədə ortaya çıxan iddialar heç bir halda qəbul edilə bilməz. 1980-ci illərin ikinci yarısına aid “xəritələr” birtərəflidir və qarşılıqlı razılaşma ilə olmayıb.

Loading...