backend

Mahmudovçu qaynı Abidin Fərzəliyevi necə ələ verib? – Şok dosye Faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevin qaynının MTN işindən necə xilas etməsinin təfərrüatı üzə çıxıb.
A.Fərzəliyev MTN şefi Eldar Mahmudovun kadrı olmuş qaynı, MTN-nin Binəqədi rayon idarəsi rəisi vəzifəsində işləmiş Rafiq Səfərovu həbsdən qoruyub.
Fərzəliyevin qaynını dörd divarlı hücrədən yaxasını qurtara bilməsində ən yüksək eşelona çıxışı olması ilə izah edilir.
O, siyasi hakimiyyətin mötəbər nümayəndələri ilə məsələni həll edərək MTN-nin rayon rəisini generallar işindən uzaqlaşdırıb, dosyesi arxivə göndərilib.
Bu ilin mayında 10 maddə üzrə R.Səfərova qarşı cinayət işi başladığı elan edilsə də, mühakimə edilməyib.
Əvvəlcə MTN-nin Xəzər Rayon İdarəsinin rəisi işləyən Rafiq Səfərov MTN generalı Elçin Quliyevin göstərişi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun razılığı ilə qanunsuz əməl törədib.
Rafiq Səfərov MTN adından istifadə edib sahibkarların pul-paralarını, mal-mülklərini əllərindən alıb. Bu haqda iş adamı Zaur Əzimovun mətbuatda yayılmış müraciətində də faktlar var:
“Eldar Mahmudovun soyğunçu dəstəsinin kölgədə qalan üzvlərindən olan Rafiq Səfərov keçmiş nazirə yaxınlığı ilə tanınırdı.
Rafiq Səfərov hələ nazirlikdə sıravi işçi olduğu vaxtlardan Eldar Mahmudovun yaxın qohumu, əmisi oğlu və köməkçisi Vüqar Mahmudov vasitəsilə həyata keçirilən çirkin əməllərə cəlb olunmuşdu.
Buna görə o, əvvəlcə MTN Xətai rayon şöbəsinə rəis müavini, daha sonra isə MTN Xəzər rayonu və MTN Binəqədi rayon şöbələrinə rəis təyin olunub.
Xəzər rayonunda işlədiyi müddət ərzində Rafiq Səfərov MTN Xəzər rayon şöbəsinin bölmə rəisi Heydər İslamovla “möhtəşəm cütlük” halında sayı-hesabı olmayan qanunsuz əməllərə imza atıblar.
Rafiq Səfərov Vüqar Mahmudovun köməkliyi ilə MTN monitorinq mərkəzinin işçisi Anar adlı şəxslə iş adamlarının və vəzifəli şəxslərin telefon danışıqlarına qulaq asaraq daha sonra onları şantaj ediblər”.
Siam.Az-ın verdiyi məlumata görə, A.Fərzəliyev cinayət doysesi aşıb-daşan MTN-çi qaynını bu cəncəlin içərisindən “kristal” çıxarmağa müvəffəq olub.
Bu azmış kimi, ara sakitləşib və R.Səfərov yenidən meydana çıxıb. O, sosial şəbəkələrdə görünməyə başlayıb.
Sabiq mahmudovçu oğlunun çoxdan istifadə etdiyi Feyysbuk profilinə öz fotolarını yerləşdirib. Bununla da çevrəsinə “yıxılmadım ayaqdayam” pozunda mesajlar ötürmək istəyib.
Səfərov fotoları xüsusi diqqətlə seçir. Bu fotolar xarici ölkələrdə çəkilmiş fotolardı və o bunu “qaqa, Nabrandayam üzürəm” ədası ilə dostlarına bəyan edir.
//Siam.Az