Zelenskinin hamisi İsraildən Ukraynaya qayıdır

12:21 | 18 Aprel, 2019

Vladimir Zelenski prezident seçkisində qalib gəlsə, Ukraynaya geri dönəcəyəm.

Bunu ukraynalı oliqarx İqor Kolomoyski deyib.

Oliqarx əvvəlcə Ukraynaya prezident seçkisinin birinci mərhələsi bitdikdən sonra qayıtmağı planlaşdırdığını, amma sonradan heç kimi həyəcanlandırmamaq üçün fikrindən daşındığını deyib.

İ.Kolomoyski hazırda Ukraynada yaşamır. Onun ailə vəziyyəti ilə əlaqədar İsrailə köçdüyü iddia edilir.

Xatırladaq ki, rəsmi nəticəyə əsasən birinci turda Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayıb.

Onu da qeyd edək ki, II tur aprelin 21-də keçiriləcək

//Virtualaz.org