Bakıda beş nəfər itkin düşüb – İkisi məktəblidirbackend

Bakıda beş nəfər itkin düşüb – İkisi məktəblidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Qaradağ rayonunda iki azyaşlı itkin düşüb. 
DİN-dən Editor.az -a verilən məlumata görə, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.
Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.
Hazırda yeniyetmələrin axtarışları davam edir.
Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlarına itkin düşmə ilə bağlı üç ərizə daxil olub. Xətai rayonunda iyunun 12-də günün ayrı-ayrı vaxtlarında 1977-ci il təvəllüdlü Məmmədov Vasif Vaqif oğlu, 1936-cı il təvəllüdlü Yusifova Mazaltu Avışalumovna və 1969-cu il təvəllüdlü İsgəndov Cavanşir Əjdər oğlu itkin düşüb.