Azərbaycanlı meyvə satan rusiyalının itirdiyi 1 milyon rublu ona qaytarıbbackend

Azərbaycanlı meyvə satan rusiyalının itirdiyi 1 milyon rublu ona qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda meyvə satan və taksi sürücüsü işləyən Şamxal Gözəlov ad-soyadlı 28 yaşlı azərbaycanlı küçədə 1 milyon rubl tapıb və onu sahibinə qaytarıb.

iyunun 20-də dostu ilə birlikdə banka getməyə hazırlaşan Şamxal Gözəlov bankın binasına girəndə bank şöbəsindən çıxan bir kişi gördülər. Əlində çanta və kiçik bir paket olan həmin şəxs maşına minəndə paket onun əlindən düşdü. Bundan xəbəri olmayan kişi maşını sürüb getdi.

Gözəlov fikirləşdi ki, paketdə pul ola bilər. O, dostu ilə birlikdə paketi götürüb açdı və gördü ki, paket həqiqətən 1000 rublluq və 5000 rublluq əskinaslarla doludur. Gözəlov tapdığı paketi maşına qoyub pul sahibinin avtomobilinin dalınca yola düşdü.

Az sonra həmin maşını qovub çata bildi. Gözəlov sürücüyə siqnal verir, onu ötüb keçmək istəyir, İrkutsk sakini isə maşını saxlamır, onu təqib edəndən uzaqlaşmağa çalışırdı. Nəhayət, Gözəlov pul ilə dolu paketi pəncərədən göstərib qışqırdı: “Dostum, sən pulları yerə salmısan!”

Yalnız bundan sonra İrkutsk sakini maşını yolun kənarına sürüb saxladı.

Adının çəkilməsini istəməyən həmin sürücü Gözəlova dönə-dönə təşəkkür edib və vicdanlı hərəkətinə görə ona bir neçə 5000 rublluq əsginas vermək istəyib, lakin Gözəlov imtina edib. Bundan sonra həmin kişi Gözəlovu az qala zorla öz maşınına mindirib, onu mağazaya aparıb və orada Gözəlova 15 min rublluq konyak alıb.

Gözəlov qeyd edib ki, bu hadisə barədə kimlərinsə bilməsini istəmirdi, o, sadə həyat tərzi keçirir və halal yolla pul qazanmağa adət edib. Buna baxmayaraq, dostu onun fotoşəklini “VKontakte” şəbəkəsində yerləşdirib. Şərhçilər Şamxalın bu namuslu hərəkətinə görə onu tərifləyiblər.

// AZƏRTAC