16 yaşlı oğlan doğum gününü qeyd edərkən Kürdə boğulubbackend

16 yaşlı oğlan doğum gününü qeyd edərkən Kürdə boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayında 16 yaşlı oğlan boğularaq ölüb.

“Report” xəbər verir ki, hadisə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Qasımzadə Elşad Elman oğlu asudə vaxtını keçirmək və doğum gününü qeyd etmək məqsədilə dostları ilə birlikdə Kür çayının Mingəçevir şəhərində yerləşən hövzəsinə gedib çimərkən çayda boğularaq ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.