Keçmiş sevgilisi evli qadını vəhşicəsinə qətlə yetirib- DƏHŞƏTLİ CİNAYƏTbackend

Keçmiş sevgilisi evli qadını vəhşicəsinə qətlə yetirib- DƏHŞƏTLİ CİNAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qan donduran cinayət hadisəsi  baş verib.  

Editor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankarada yaşayan qohumunu ziyarətə  gələn kişi illər əvvəl sevdiyi qadının evində olub. Qadın ona evi tərk etməsini bildirsə də, 30 yaşlı kişi buna razı olmayıb.  Onlar arasında mübahisə  yaşanıb. Bu zaman kişi  qadını  2 aylıq körpəsinin yanında 28 dəfə  bıçaqlayaraq öldürüb.

Qısa zamanda cinayətkar şəxs saxlanılıb. Onun  barəsində  qətimkan tədbiri seçilib. Kişi “Onu vəhşicəsinə öldürdüm”,- deyə cinayəti  etiraf edib. Məhkəməyə  göndərilən 30 yaşlı kişi ömürlük həbs cəzasına məhkum olunub.

//Editor.az