21 yaşında gənc qıza təcavüz edərək öldürən şəxsin etirafları qan dondurur- “Cəsədi bir neçə yerə parçalayaraq…”backend

21 yaşında gənc qıza təcavüz edərək öldürən şəxsin etirafları qan dondurur- “Cəsədi bir neçə yerə parçalayaraq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində 21yaşında gənc qız Azra Güləndamı vəhşicəsinə öldürən Mustafa Muratın etirafları qan dondurdu.

Editor.az haberglobal-a istinadən xəbər verir ki, Mustafa Murat gənc qıza evində təcavüz etdikdən sonra boğub öldürüb. Daha sonra cəsədi hamam otağında  beş parçaya ayıraraq meşədə torpağa basdırıb.

Cəsədi parça-parça etdiyini etiraf edən cinayətkar bildirib ki, cəsədin parçalarını 3 dəfəyə evdən çıxarıb. Qızın başını uçuramdan aşağı atıdığını, qollarını və ayaqlarını və bədənini  isə meşədəki kolluqlarda gizlətdiyini söyləyib:

“Evə saat gecə 2-də gəldik. Saatlarla spirtli içki içib narkotik vasitə qəbul etdim. Azra qonaq otağında yatmışdı lakin üstü açıq qalmışdı. Mən onu örtəndə əlim onun ayağına toxundu. Çaxnaşma içində oyandı və ‘nə edirsən’ dedi, qışqırdı və üzümün sol tərəfini cızdı. Dedim ki “Sus, nə qışqırırsan” və Əzranın hərəkətsiz qaldığı anadək iki əlimlə boğazını sıxdım. Nəfəs almadığını, nəbzinin döyünmədiyini gördükdə öldüyünü başa düşdüm. Daha sonra isə cəsədi balta ilə doğruyaraq zibil torbasına qoyduqdan sonra meşəyə aparıb orada torpağa basdırdım”.

//Gülnarə Abasova, Editor.az