9 “Şahed-136” məhv edildibackend

9 “Şahed-136” məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava hücumundan müdafiə qüvvələri Ukraynanın cənubunda Rusiyaya məxsus 9 İran kamikadzesi Şahed-136 pilotsuz təyyarəsini məhv edib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Həmin məlumata görə, oktyabrın 5-dən 6-na keçən gecə Rusiya işğalçı qoşunları İran istehsalı olan “Şahed-136” kamikadze təyyarələri ilə Ukraynanın cənubunda hücum edib. Doqquz kamikadze pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib.

  //Samir, Editor.az