A.Duda: Ruslar papaqlarını da qoyub qaçdılarbackend

A.Duda: Ruslar papaqlarını da qoyub qaçdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı 3 aydan bəri davam etdirdiyi müharibədə heç bir məqsədə nail olmayıb.

Editor.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda mayın 22-də Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib. “Ukraynan müdafiəçiləri özlərini dünyanın inandığından daha cəsur göstərdilər. Böyük rus ordusuna qəhrəmancasına müqavimət göstərdilər. Belə görünürdü ki, rus ordusu ukraynalıları papaqları ilə örtəcəklər, amma əksinə oldu: onlar papaqlarını da qoyub qaçdılar, bəzi yerlərdə zirehli transportyorlarını qoyub oradan uzaqlaşdılar. Belə qeyri-adi qəhrəmanlığı kim gözləyə bilərdi? Bəli, biz gözləyirdik. Biz qonşuyuq və bilirik ki, ukraynalılar həmişə çox cəsur və qəhrəman xalq olublar.

Ukraynanın özünü müdafiə edəcəyinə heç bir şübhəmiz yox idi… Üç ay ərzində Rusiya strateji hədəflərinin heç birini həyata keçirə bilməyib. Bu müharibə Rusiyanın məğlubiyyətidir”. Duda eyni zamanda, bildirib ki, Rusiya “güclüdür, orada çoxlu insanlar var və beynəlxalq birlik onu dayandırmağa kömək etməsə, müharibə uzun müddət davam edəcək”. Onun sözlərinə görə, bunu Ukraynanı həm humanitar sahədə dəstəkləməklə, həm də hərbi yardım göstərməklə etmək olar. Sonda Duda xarici dövlətləri Ukraynanı silahla təmin etməyə, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və onu bütün səviyyələrdə təcrid etməyə çağırıb.

Editor.az