ABŞ-Azərbaycan münasibətləri: “Bu fakt bizim Amerika ilə əlaqələrimizi korlamağa imkan vermir”backend

ABŞ-Azərbaycan münasibətləri: “Bu fakt bizim Amerika ilə əlaqələrimizi korlamağa imkan vermir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq müstəvisində əlaqələri 30 ildir ki, davam edir. Azərbaycan daima enerji təhlükəsizliyi, ərazi bütövlüyü məsələsində həmişə ABŞ-ın siyasi dəstəyini görüb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.


Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq məsələlərdə ABŞ-ı dəstəkləyir:

” Əfqanıstanda sülh tərəfdaşlığı çərçivəsində Azərbaycan daima ABŞ-la əməkdaşlıq edib. Son günlər Amerikada erməni lobbisinin təsiri ilə nümayəndələr palatasının sədri və digərləri ermənipərəst mövqe sərgiləyirlər. Başda prezidenti olmaqla, ABŞ administrasiyası ermənipərəst qüvvələrdən ibarətdir. Biz bunu başa düşürük, amma bu fakt bizim Amerika ilə münasibətlərimizi korlamağa imkan vermir”.

Siyasi analitik qeyd edib ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən görüşünü yüksək dəyərləndirmək lazımdır:

“Beyin mərkəzləri ilə işləmək ABŞ-la siyasi əlaqələri mümkün qədər inkişaf etdirmək lazımdır. Azərbaycanla münasibətləri korlamayacaq. ABŞ-Azərbaycan əlaqələri daima normal olub. ABŞ dünyanın super dövlətidir. Onunla mütləq şəkildə əməkdaşlıq etmək lazımdır. İndiki geopolitik nizamın formalaşdığı və böhran yaşadığı dövrdə ABŞ-la münasibətləri korlamaq Azərbaycanın əleyhinə işləyə bilər. Bu münasibətlərin normallaşması həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin həllinə də kömək edəcək. Həmçinin İran fonunda hadisələrin neytrallaşmasına nail ola bilərik”.

//Safura Bənnayeva, Editor.az