ABŞ-da sel nəticəsində ölənlərin sayı 30-u ötübbackend

ABŞ-da sel nəticəsində ölənlərin sayı 30-u ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kentukki ştatında iyulun 26-da başlayan leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kentukki ştatının qubernatoru Andy Beşar mətbuat konfransında məlumat verib.

Qubernator Beşar bölgədə yağışlı hava şəraiti davam etdiyi üçün vətəndaşlardan diqqətli olmalarını istəyib. Təbii fəlakət nəticəsində 50-dən çox körpünün zədələndiyini və buna görə də su basmış bəzi yaşayış məntəqələrinə getmək mümkün olmadığı bildirilib. Sel fəlakətində ən böyük dağıntının yaşandığı bölgədə yerləşən Breathitt və Hindmann şəhərlərində yağma hadisələri səbəbilə komendant saatı elan edilib.

//Gülnarə Abasova, Editor.az