Tramp komandası fövqəladə toplandı – Atəşkəs bitirbackend

Tramp komandası fövqəladə toplandı – Atəşkəs bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də İranla bağlı vəziyyət kritik mərhələyə daxil olub.

Axios nəşrinin yaydığı məlumata görə, Ağ Evdə İranla bağlı təcili müşavirə keçirilib.

Məlumata əsasən, iclasda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və aparat rəhbəri Syuzi Uayls iştirak ediblər.

Toplantıda əsas müzakirə mövzusu ABŞ və İran arasında razılaşma əldə olunmayacağı təqdirdə atılacaq növbəti addımlar olub. Bildirilir ki, hazırkı atəşkəs rejiminin başa çatmasına cəmi üç gün qalıb və bu müddətdən sonra hərbi əməliyyatların yenidən başlanması ehtimalı nəzərdən keçirilir.

Musavat.com